Amerikalı milyarder İlon Maskın mühafizəsinə ildə milyonlarla dollar xərclənir. Onu iş adamından daha çox dövlət başçısı kimi qoruyurlar.
QÜTB.AZ xəbər verir ki, “New York Times” nəşri bu barədə “Tesla” şirkətinin daxili sənədlərinə istinadla məlumat yayıb.
Qəzet Maskın mütəmadi olaraq təhdid və təqiblərlə üzləşdiyini vurğulayır.
Nəşrin istinad etdiyi ekspertlər bildiriblər ki, o, hətta tualetə nadir hallarda cangüdənsiz gedir. Ostində Tesla zavodunun açılışından sonra şerifin ofisi “terror təhdidləri” ilə bağlı səkkiz insident qeydə alıb, onlardan ən azı ikisi birbaşa Maska yönəlib.
Təhdidlər İlon Maskın daha qorxaq olmasına və təcrid olunmuş həyat tərzi keçirməsinə gətirib çıxarıb.