Fələstinin “İslami Cihad” qruplaşmasının üzvü Faris Qasim öldürülüb.
QÜTB.AZ xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu məlumat yayıb.
Bildirilib ki, İsrail Hərbi Hava Qüvvələrinin Suriya-Livan sərhədinə endirdiyi zərbə nəticəsində “İslami Cihad”ın səhra komandiri məhv edilib.
Faris Qasim “İslami Cihad”ın Livan və Suriyada əməliyyat planlarının hazırlanması üzrə məsul şəxs olub. O, fələstinli döyüşçülərin “Hizbullah” sıralarına cəlb edilməsində mühüm rol oynayıb.