10.10.25 | Bakı 19.03° C |
10:06:25
Lent :

Fransada yeni hökumət - ADLAR

06 okt 2025 02:00
DÜNYA
ads

Fransa Prezidenti Emmanuel Makronun qərarı ilə ölkədə yeni hökumətin tərkibi açıqlanıb.

Qutb.az xəbər verir ki, yeni kabinetə Baş nazir Sebastyan Lekornü rəhbərlik edəcək.

AFP agentliyinin məlumatına görə, keçmiş iqtisadiyyat naziri Bruno Le Mer yeni hökumətdə müdafiə naziri postunu tutub. İqtisadiyyat naziri vəzifəsinə indiyədək sənaye və energetika naziri olan Rolan Leskür təyin olunub.

Mövcud hökumətin bir sıra əsas fiqurları vəzifələrini qoruyub. Mədəniyyət naziri Rəşidə Dati, xarici işlər naziri Jan-Noel Barro, daxili işlər naziri Brüno Retayo və ədliyyə naziri Jeral Darmanen yeni kabinetdə də əvvəlki postlarında qalıblar.

Yeni hökumətin tərkibi Sebastyan Lekornünün Baş nazir təyin olunmasından təxminən bir ay sonra elan edilib. O, 7 oktyabrda Fransa parlamentində ümumi siyasət məsələlərinə dair proqram xarakterli çıxış edəcək.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
157 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
19.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur