Tovuz rayonunun Qovlar şəhəri, Mirzə Ələkbər Sabir küçəsində Sürayə İsmayılovaya məxsus ikimərtəbəli fərdi evdə yanğın baş verib.
Qutb.az AZƏRTAC-a istinadən bildirir ki, hadisə zamanı evin həyətində olan "Mersedes Viano" və "VAZ 2107" markalı avtomobillər də yanıb.
Yanğın zamanı ev sahibi yoldaşının ad günü münasibəti ilə tort almağa gedib, bu zaman ona evinin yanması barədə xəbər gəlib.
Hadisə zamanı xəsarət alan olmayıb. Yanğının miqyası 400 kvadratmetr sahəni əahətə edib. Daha sonra yanğın qonşuluqdakı Eltəkin Əlizadəyə məxsus evə də keçib.
Hadisə yerinə dərhal FHN-nin Qovlar şəhər və Tovuz yanğın söndürmə briqadaları cəlb olunub. Yanğın söndürülüb, digər evlərə keçməsinin qarşısı alınıb. Ümumilikdə yanğın 3 evi əhatə edib.
Faktla bağlı araşdırma aparılır.