31.12.24 | Bakı 5.03° C |
10:06:25
Lent :

"Uber" cərimələndi

27 avq 2024 09:00
GÜNDƏM
ads

"Uber" Niderlandın Məlumatların Mühafizəsi Təşkilatı tərəfindən 290 milyon avro (550 milyon manat - red.) məbləğində cərimələnib.

QÜTB.AZ xəbər verir ki, şirkətin avropalı sürücülərin şəxsi məlumatlarını lazımi mühafizə olmadan ABŞ-a ötürdüyü məlum olub.

"İki ildən artıq davam edən məlumat ötürülməsi Avropa İttifaqının İstifadəçi məlumatlarının qorunmasına yönəlmiş texniki və təşkilati tədbirlər tələb edən Ümumi Məlumatların Qorunması Qaydasının ciddi şəkildə pozulmasıdır", - deyə Niderlandın Məlumatların Mühafizəsi Təşkilatından bildirilib.

"Uber" qərarı yanlış və əsassız adlandırıb. Şirkət apellyasiya şikayəti verəcəyini açıqlayıb.

Qeyd edək ki, iş 170 fransız "Uber" sürücüsünün şikayətindən sonra başlanıb. "Uber"in Avropadakı baş ofisi Niderlandda yerləşdiyi üçün cərimə Niderland hakimiyyəti tərəfindən verilib.

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
5.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur