Qərbi Afrika ölkələrindən biri olan Qana bütün Afrika ölkələrinə viza liberallaşdırması tətbiq etdiyini açıqlayıb.
QÜTB.AZ xəbər verir ki, Qana prezidenti Nana Akufo-Addo bütün Afrika vətəndaşlarının Qanaya vizasız girişini təsdiqləyib.
Bildirilib ki, bu qərar iqtisadi inteqrasiyanı təşviq etməklə Afrika Kontinental Azad Ticarət Zonasının (AfCFTA) həyata keçirilməsinə töhfə vermək məqsədi daşıyır.
Eyni zamanda, bu qərar insanların, malların və xidmətlərin qitədə sərbəst hərəkətini yaxşılaşdırmaq üçündür.
Prezident Qana hökumətinin bütün afrikalılar üçün vizasız gediş-gəlişi reallığa çevirməkdə qərarlı olduğunu və il ərzində bu siyasəti həyata keçirmək üçün lazımi addımların atılmağa başladığını bildirib.
Roza