Avqustun 8-də Xəzər dənizində zəlzələ qeydə alınıb.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Milli.Az-a bildirilib ki, yerli vaxtla saat 19:48-də qeydə alınan zəlzələnin ocağı 62 kilometr dərinlikdə yerləşib.
Yeraltı təkanların maqnitudası 3.2-yə bərabər olub.
Milli.Az