2014-cü il yanvarın 10-dan Almaniyanın paytaxtı Berlində bir nəfərin öldürülməsi ilə bağlı axtarışda olan “Hells-Angels” bandasının başçısı İbrahim Halil Karadağ 10 ildən artıqdır ki, tutulmayıb.
QÜTB.AZ xəbər verir ki, qırmızı bülleten çıxarılan və beynəlxalq axtarışa verilən Karadağın İzmirdə olduğu bildirilir.
Almaniyanın axtarış qərarını “Halil Karadağ” olaraq hazırladığı və bu yolla Türkiyəyə göndərdiyi öyrənilib. Bildirilib ki, axtarışda olan şəxs bir müddət əvvəl yaxalanıb, lakin onun başqa adı olduğu müəyyən edildikdən sonra sərbəst buraxılıb.
Həmin şəxsin tutulacağı təqdirdə Almaniyada törətdiyi cinayətə görə Türkiyədə mühakimə olunacağı bildirilir.
Daha əvvəl Türkiyə tərəfi Almaniyadan həmin şəxsin adının düzgün bildirilməsi tələb edilib. Bu dəfə Almaniya düzgün adı təqdim edib, lakin nəticə hələ də məlum deyil.
Berlin polisi axtarışda olanların siyahısını yeniləyib. Karadağın avtomatla çəkdirdiyi fotonu da yayımlayıb.
Roza Şəfiyeva