ABŞ hakimiyyəti Gürcüstana qarşı əlavə tədbirlər, o cümlədən ölkədə keçirilən etiraz aksiyaları ilə əlaqədar sanksiyalar tətbiq etmək niyyətindədir.
QÜTB.AZ xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib.
Onun fikrincə, Gürcüstan hakimiyyəti “dinc toplaşmaq və ifadə hüququndan istifadə etdiklərinə görə” həbs olunanları “dərhal azad etməlidir”.
Dövlət katibinin sözlərinə görə, qeyri-qanuni güc tətbiqində günahkar olan məmurlar tam məsuliyyətə cəlb edilməlidir.
“Birləşmiş Ştatlar “Gürcü arzusu” partiyasının Gürcüstan vətəndaşlarına, kütləvi informasiya vasitələrinə və müxalifət nümayəndələrinə qarşı əsassız zorakılığını qətiyyətlə pisləyir. Xüsusilə hüquq-mühafizə orqanlarının əməkdaşlarının hərəkətləri nəticəsində insanların ağır xəsarət alması bizi narahat edir”, - deyə Blinken fikrini yekunlaşdırıb
Adəm Abbaslı