15.08.25 | Bakı 22.03° C |
10:06:25
Lent :

Trampla Putin Zəngəzur dəhlizini də MÜZAKİRƏ EDƏCƏK

15 avq 2025 14:00
DÜNYA
ads

Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Trampın Alyaskada keçiriləcək görüşündə Zəngəzur dəhlizi məsələsi gündəmə gələ bilər.

Qutb.az-ın məlumatına görə, bunu Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitə sədrinin birinci müavini Viktor Vodolaçki bildirib.

Onun sözlərinə görə, nəqliyyat marşrutu görüşün gündəliyinə daxil edilə bilər.

Vodolaçki bu fikirləri TASS agentliyinə müsahibəsində səsləndirib.

Qeyd edək ki, bu gün Bakı vaxtı ilə gecə saat 23:00-də ABŞ və Rusiya liderləri arasında görüş keçiriləcək. Soyuq Müharibə dövründən qalan hərbi bazada baş tutacaq danışıqlar Trampın Ağ Evə qayıdışından sonra iki liderin ilk üz-üzə görüşü olacaq.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
153 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
22.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur