13.07.25 | Bakı 26.03° C |
10:06:25
Lent :

Trampın ticarət müharibəsi ŞİDDƏTLƏNİR

13 iyl 2025 11:00
DÜNYA
ads
Advertisement

ABŞ Prezidenti Donald Tramp şənbə günü Avropa İttifaqı və Meksikadan idxal olunan mallara qarşı 1 avqustdan etibarən 30% gömrük rüsumu tətbiq edəcəyi ilə hədələyib.

 

Qutb.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

 

Məlumata görə, bu bəyanat, ABŞ-nin əsas ticarət tərəfdaşları ilə aparılan bir neçə həftəlik danışıqların genişmiqyaslı ticarət sazişi ilə nəticələnməməsindən sonra verilib.

 

ABŞ-nin müttəfiqlərini qəzəbləndirən və investorları narahat edən ticarət müharibəsinin növbəti mərhələsində Tramp bu tarifləri Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenə və Meksika Prezidenti Klaudiya Şeinbauma ünvanladığı məktublarla elan edib. Həmin məktublar Trampın "Truth Social" sosial media platformasında dərc olunub.

 

Meksika Prezidenti Klaudiya Şeinbaum bildirib ki, razılıq əldə olunacağına əmindir. “Mən həmişə demişəm ki, bu kimi hallarda hər hansı problemi soyuqqanlılıqla qarşılamaq lazımdır”, - deyə o, Meksikanın Sonora ştatında keçirilən tədbirdə bildirib.

 

“Biz ABŞ hökuməti ilə hansı sahələrdə işləyə biləcəyimizi, hansılarda isə yox, bunu çox yaxşı bilirik. Və bir məsələ var ki, o, heç vaxt danışıqlar mövzusu ola bilməz: bu da ölkəmizin suverenliyidir”, - deyə Şeinbaum əlavə edib.

 

Qeyd edək ki, Tramp bu həftə Kanada, Yaponiya və Braziliya da daxil olmaqla 23 digər ticarət tərəfdaşına da oxşar məzmunlu məktublar göndərib. Bu məktublarda 20%-dən 50%-ə qədər dəyişən ümumi tariflər, eləcə də mis idxalına qarşı 50% rüsum tətbiqi nəzərdə tutulub.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
26.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur