11.11.25 | Bakı 18.03° C |
10:06:25
Lent :

Qəzaya uğrayan təyyarədə 20 hərbçi olub – RƏSMİ

11 noy 2025 19:00
DÜNYA
ads
Advertisement

Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycan–Gürcüstan sərhədinə yaxın ərazidə qəzaya uğrayan C-130 “Hercules” tipli hərbi nəqliyyat təyyarəsi ilə bağlı yeni açıqlama yayıb.

Qutb.az-ın məlumatına gorə, Nazirlikdən bildirilir ki, hadisə zamanı təyyarədə uçuş heyəti ilə birlikdə 20 hərbi qulluqçu olub.

Hazırda qəza yerində Türkiyə, Azərbaycan və Gürcüstan axtarış-xilasetmə qrupları birgə fəaliyyət göstərir.

Xatırladaq ki, Gəncədən havaya qalxan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C-130 təyyarəsi bu gün Gürcüstan ərazisində rabitə əlaqəsini itirib və qısa müddət sonra sərhədyanı dağlıq ərazidə yerə çırpılıb.

Hadisənin səbəbləri araşdırılır, Milli Müdafiə Nazirliyi istintaqın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcəyini açıqlayıb.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
159 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
18.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur