11.11.25 | Bakı 18.03° C |
10:06:25
Lent :

Pakistan 12 nəfərin ölümünə görə Hindistanı suçladı

11 noy 2025 19:00
DÜNYA
ads

Pakistan Baş naziri Şahbaz Şərif bu gün İslamabadda baş verən partlayışa görə Hindistanı günahlandırıb.

 

Qutb.az xəbər verir ki, Şahbaz Şərif həm partlayış, həm də Pakistan-Əfqanıstan sərhədində yerləşən hərbi məktəbə hücumda Hindistanı ittiham edib və bu iki hadisənin Hindistanın dövlət terrorizminin bariz nümunəsi olduğunu bəyan edib.

“Biz terrorizm bəlası məhv olana qədər onlara (Hindistana) qarşı müharibəni davam etdirəcəyik”, Pakistanın Baş naziri vurğulayıb.

Qeyd edək ki, bu gün Pakistanın paytaxtı İslamabadda məhkəmə yaxınlığında partlayış baş verib.

Nəticədə 12 nəfər ölüb, 27 nəfər xəsarət alıb.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
159 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
18.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur