20.10.25 | Bakı 16.03° C |
10:06:25
Lent :

Papanın motosikleti 156 minə satıldı

19 okt 2025 03:00
DÜNYA
ads
Advertisement

Münhendə keçirilən auksionda Roma Papası XIV Levə məxsus BMW markalı motosiklet 156 min avroya satılıb.

Qutb.az xəbər verir ki, bu barədə məlumat "RM Sotheby’s" auksion evinin saytında yer alıb.

"BMW R 18 Transcontinental" markalı 2024-cü il istehsalı olan motosiklet bu ilin sentyabrında Almaniyanın Şaafxaym şəhərindən gələn “Jesus Bikers” təşkilatı tərəfindən Papaya təqdim edilmişdi. Motosiklet Vatikanın məşhur Müqəddəs Pyotr meydanında sürülüb, daha sonra Papaya təqdim olunub. Pontifik yanacaq çəninə imza atıb və xatirə şəkilləri çəkdirib.

Model Almaniyanın Motorrad Witzel emalatxanasında xüsusi sifarişlə hazırlanıb və “papamobil” dizaynından ilhamlanaraq xüsusi ağ rənglə boyanıb.

Auksiondan əldə olunan bütün vəsait Missio Austria adlı xeyriyyə təşkilatına veriləcək. Pul Madaqaskar adasında uşaqlara yardım layihələrinin maliyyələşdirilməsinə sərf olunacaq.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
158 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
16.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur