03.11.25 | Bakı 13.03° C |
10:06:25
Lent :

İranda qorxulu xəbərdarlıq: “İki həftə sonra su yoxdur!”

03 noy 2025 09:00
DÜNYA
ads
Advertisement

İranda son onilliklərin ən güclü quraqlığı yaşanır.

Qutb.az xəbər verir ki, quraqlıq paytaxt Tehranda içməli su böhranına səbəb olub.

Dövlət mediasının məlumatına görə, şəhərin əsas su mənbələri kritik səviyyəyə düşüb və mövcud ehtiyatlar cəmi iki həftəyə çatacaq.

“Əl-Cəzirə” telekanalı bildirir ki, Tehranı içməli su ilə təmin edən beş əsas bənddən biri olan Əmir Kəbir (Kərrac) su anbarı hazırda cəmi 14 milyon kubmetr su saxlayır. Bu, anbarın ümumi tutumunun cəmisi 8 faizinə bərabərdir.

Tehran Su Təchizatı Şirkətinin direktoru Behzad Parsa IRNA-ya bildirib ki, bu qədər su paytaxt əhalisinin yalnız iki həftəlik ehtiyacını ödəyə bilər.

Rəsmi məlumatlara əsasən, ötən il eyni vaxtda bu anbarda 86 milyon kubmetr su mövcud idi. Parsa deyib ki, bu il Tehranda yağıntı miqdarı 100 faiz azalıb, yəni bölgədə demək olar ki, heç bir yağış qeydə alınmayıb.

Tehranın əhalisi gündə orta hesabla 3 milyon kubmetr su istehlak edir. Böhran səbəbindən hökumət son günlər bir neçə rayonda su təchizatını dayandırıb.

Mütəxəssislər xəbərdarlıq edir ki, davamlı iqlim dəyişikliyi, azalan yağıntılar və artan əhali ölkəni su fəlakətinə sürükləyir. Hazırda hökumət suyun rasionlaşdırılması və yeni su mənbələrinin axtarışı ilə bağlı təcili plan üzərində işləyir.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
159 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
13.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur