27.02.25 | Bakı 0.76° C |
10:06:25
Lent :

İcazə verildi: Öcalanla görüşəcəklər

26 fev 2025 19:00
DÜNYA
ads

Türkiyənin Ədliyyə Nazirliyi DEM Partiyasının deputatlarına PKK terror təşkilatının həbsdə olan lideri Abdullah Öcalanla görüşməsinə icazə verib.

Qutb.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, onlar Öcalanla üçüncü dəfə görüşmək üçün sabah İmralı adasına gedəcəklər.

 

DEM Partiyası bəyan edib ki, nümayəndə heyəti üçüncü səfərini cümə axşamı səhər edəcək və "görüş tamamlandıqdan sonra fevralın 28-də Ankarada keçiriləcək mətbuat konfransında görüş və onun nəticələri haqqında geniş məlumat verəcək".

 

Nümayəndə heyətinə DEM Partiyasının millət vəkilləri Sırrı Süreyya Öndər və Pərvin Buldan, həmçinin Mardin Böyükşəhər Bələdiyyə Başçısı Əhməd Türk, DEM Partiyasının həmsədrləri Tülay Hatimoğulları və Tuncer Bakırhan, Öcalanın vəkili Faiq Özgür daxildir 

DEM Partiyası rəhbərliyi Öcalanın çağırışının elan ediləcəyi toplantı üçün bütün millət vəkillərini və əyalət sədrlərini Ankaraya çağırıb.

Teglər
Müəllif : Sadıq Abdullayev
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
146 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
0.76° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur