Əməkdar artistin 400 minə tikdirdiyi məscid
HƏMAS hərəkatı Qətərin paytaxtı Dohadakı məsləhətləşmələr zamanı Qəzza zolağında saxlanılan 10 israilli girovu azad etməyə razılıq verib.
Qutb.az xəbər verir ki, bu barədə hərəkatın “Telegram” kanalında məlumat verilib.
Rəsmi açıqlamaya görə, mübahisəli məsələlər üzrə məsləhətləşmələr hələ davam edir.
"HƏMAS danışıqların uğurlu olmasını istəyir və bu səbəblə 10 girovun azad edilməsinə razılıq verib. Bununla belə, bir sıra fundamental məsələlər üzrə məsləhətləşmələr davam edir. Bu məsələlərə xüsusilə Qəzzaya humanitar yardımın gətirilməsi, İsrail qoşunlarının oradan çıxarılması və daimi atəşkəs üçün real təminatların verilməsinə aiddir", - açıqlamada bildirilir.