22.02.25 | Bakı -0.97° C |
10:06:25
Lent :

BMT Ukrayna ilə bağlı görüşü diqqətlə izləyir

18 fev 2025 05:00
DÜNYA
ads

BMT Baş katibi Rusiya və ABŞ rəsmiləri arasında fevralın 18-də Səudiyyə Ərəbistanının paytaxtında keçirilməsi planlaşdırılan görüşün nəticələrini izləyəcək.

Qutb.az xəbər verir ki, bu barədə BMT baş katibinin nümayəndəsi Stefan Düjarrik bildirib.

O qeyd ediblər ki, BMT Təhlükəsizlik Şurasına üzv dövlətlər arasında istənilən dialoq çox vacibdir.

“Bilirsiniz, əlbəttə ki, biz bu görüşü izləyirik. Üzv dövlətlər arasında istənilən dialoq, hər hansı bir dialoq, xüsusən də Təhlükəsizlik Şurasının iki daimi üzvü arasında oynadıqları rol çox vacibdir. "Bu görüşdən nə çıxacağını görəcəyik", - Düjarrik bildirib.

Qeyd edək ki, Rusiyanı danışıqlarda Yuri Uşakov və Rusiyanın xarici işlər naziri Sergey Lavrov təmsil edəcək.

 Amerika tərəfinin danışıqlar qrupuna ABŞ dövlət katibi Marko Rubio, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Ratkliff, milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolz və xüsusi elçi Stiv Vitkoff daxil olacaq .

Teglər
Müəllif : Sadıq Abdullayev
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
146 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
-0.97° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur