21.12.25 | Bakı 8.03° C |
10:06:25
Lent :

ABŞ miqrant uşaqları deportasiya ilə hədələyir

21 dek 2025 02:00
DÜNYA
ads

ABŞ-a böyüklərin müşayiəti olmadan daxil olan azyaşlı miqrantlara ölkəni tərk etməyə sövq edən xəbərdarlıq sənədləri təqdim olunur.

Qutb.az xəbər verir ki bu barədə "The Guardian" məlumat yayıb.

Qəzetin yazdığına görə, “məsləhət” adlandırılan bu sənəd ABŞ sərhədini keçdikdən sonra ilk günlərdə, uşaqlar hələ ABŞ Gömrük və Sərhəd Mühafizəsi Xidmətinin nəzarətində olduqları və ölkə daxilində qohumları ilə birləşmək imkanı əldə etmədikləri vaxt onlara ya təqdim edilir, ya da ucadan oxunur.

Sənəddə qeyd olunur ki, əgər uşaq immiqrasiya hakiminə müraciət etməyi və ya mənşə ölkəsinə qayıtmaqdan qorxduğunu bildirməyi seçərsə, onu uzun müddət ABŞ hökumətinin nəzarəti altında saxlaya bilərlər. Bundan əlavə, uşağın yanında şəxsin ölkədə qanuni statusu yoxdursa, o, “qanunsuz girişə yardım” ittihamı ilə cinayət məsuliyyətinə cəlb oluna, həbs edilə və deportasiya oluna bilər.

Mətnə əsasən, əgər uşaq dövlət himayəsində olduğu müddətdə 18 yaşına çatarsa, o, İmmiqrasiya və Gömrük Xidmətinə təhvil verilərək ölkədən çıxarıla bilər.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
165 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
8.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur