Hindistanın qərbində yerləşən Əhmədabad hava limanı yaxınlığındakı yaşayış massivində sərnişin təyyarəsi qəzaya uğrayıb.
Qutb.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
Hadisə şahidlərinin sosial şəbəkələrdə yayımlanan videolarında təyyarənin əhalinin sıx məskunlaşdığı bir şəhər ərazisində qəzaya uğradığı görünür.
Qəza yerindən qara tüstü qalxır.
Təyyarənin göyərtəsində 130 nəfərin olduğu bildirilir. Sərnişin və ekipajın taleyi barədə məlumat yoxdur.