08.12.25 | Bakı 10.03° C |
10:06:25
Lent :

Kiyevə ard-arda üçüncü dəfə hücum edildi

08 dek 2025 09:00
DÜNYA
ads

Bazar günü axşam saatlarında Kiyev vilayəti üzərində Rusiya istehsalı olan pilotsuz uçuş aparatları qeydə alınıb.

Qutb.az xəbər verir ki, paytaxt Kiyev də daxil olmaqla bir neçə bölgədə hava həyəcanı elan edilib.

Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, dronlar sürətlə Fastyov istiqamətində hərəkət edib. Son üç gecə ərzində şəhər ardıcıl şəkildə hücuma məruz qalıb.

6 və 7 dekabr tarixlərində həyata keçirilən kombinə edilmiş hücum nəticəsində Fastyovda yanğınlar baş verib, şəhərin dəmir yolu vağzalında və motor-vaqon deposunda dağıntılar qeydə alınıb. Fastyov Ukraynanın mühüm dəmir yolu qovşaqlarından sayılır və buradan həm şəhərlərarası, həm də uzaq məsafəli qatarlar hərəkət edir.

Hazırda dağıntıların miqyası araşdırılır, zərərçəkənlərlə bağlı rəsmi məlumat açıqlanmayıb. Ukrayna tərəfi hücumların davam etdiyi şəraitdə əhalini xəbərdarlıq siqnallarına ciddi yanaşmağa çağırır.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
161 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
10.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur