03.12.25 | Bakı 12.03° C |
10:06:25
Lent :

Pakistan İrəvanda səfirlik açır

03 dek 2025 15:00
DÜNYA
ads

Ermənistan və Pakistanın diplomatik nümayəndələri Ermənistanda Pakistan səfirliyinin açılması üzərində fəal şəkildə işləyirlər.

Qutb.az-ın məlumatına görə, diplomatik mənbələrdən Ermənistan KİV-nə bildirilib ki, səfirliyin gələn il açılması planlaşdırılır.

Ermənistan Respublikası Xarici İşlər Nazirliyi medianın bununla bağlı sorğusunu təkzib etməyib.

"Ermənistan və Pakistan arasında diplomatik münasibətlərin qurulması ilə bağlı birgə kommünike imzalamaqla, bir-birinə lazımi yardım göstərmək barədə razılığa gəliblər. Bu kontekstdə ictimaiyyət gələcək inkişaflar barədə lazımi qaydada məlumatlandırılacaq", - deyə Ermənistan Xarici İşlər Nazirliyinin rəsmi cavabında bildirilib.

Ermənistan və Pakistan arasında diplomatik münasibətlər 31 avqust 2025-ci ildə qurulub. Həmin gün Çində iki ölkə arasında diplomatik münasibətlərin qurulması ilə bağlı birgə kommünike imzalanıb.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
161 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
12.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur