03.11.25 | Bakı 13.03° C |
10:06:25
Lent :

Almaniyada terror qorxusu

03 noy 2025 03:00
DÜNYA
ads
Advertisement

Almaniyanın paytaxtı Berlində hüquq-mühafizə orqanları terror aktı hazırlamaqda şübhəli bilinən Abdalla R. adlı Suriya vətəndaşını saxlayıblar.

Qutb.az xəbər verir ki, bu barədə "Bild" qəzeti hüquq-mühafizə mənbələrinə istinadən xəbər yayıb.

Məlumata görə, şübhəli şəxs şənbə günü Noykeln rayonunda keçirilən əməliyyat zamanı xüsusi təyinatlı qüvvələrin iştirakı ilə tutulub. Onun Berlində üç ayrı mənzildə yaşadığı, aparılan axtarışlar zamanı isə partlayıcı maddə hazırlamaq üçün ləvazimatlar tapıldığı bildirilib.

Abdalla R. bazar günü məhkəmə qarşısına çıxarılacaq.

Almaniyanın daxili işlər naziri Aleksander Dobrindt hadisədən sonra bildirib ki, ölkədə terror təhlükəsi hələ də yüksək səviyyədə qalır:

“Berlində baş verən bu hadisə bir daha göstərdi ki, Almaniyada terror təhlükəsi, hər nə qədər abstrakt görünsə də, real olaraq qalır. 2023-cü ildən Almaniyada yaşayan suriyalının planlaşdırdığı hücumun qarşısı vaxtında alınıb".

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
159 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
13.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur