07.11.25 | Bakı 14.03° C |
10:06:25
Lent :

400 min nəfər müharibəyə hazırlaşır

07 noy 2025 03:01
DÜNYA
ads
Advertisement

Polşa tarixdə ən böyük hərbi hazırlıq proqramına start verir.

Qutb.az xəbər verir ki, müdafiə naziri Vladislav Kosinyak-Kamışın sözlərinə görə, “wGotowości” (“Hazırlıqda”) adlı milli proqram çərçivəsində 2027-ci ilə qədər 400 min nəfər təlim keçəcək.

Nazir bildirib ki, layihədə iştirak könüllüdür, tələbələrdən tutmuş təqaüdçülərə qədər hər kəs müraciət edə bilər. Pilot mərhələ bu ay başlayacaq və məşğələlər Polşa Silahlı Qüvvələri və Ərazi Müdafiə Qüvvələrinin bölmələrində keçiriləcək.

Proqram çərçivəsində iştirakçılar müxtəlif istiqamətlərdən birini seçə biləcəklər: əsas hərbi hazırlıq, ilk tibbi yardım, sağ qalma (survival) və kibertəhlükəsizlik.

2025-ci ilin sonuna qədər təxminən 20 min nəfərin təlim alacağı gözlənilir.

Nazir əlavə edib ki, mülki universitetlərin tələbələri ehtiyat hərbi xidmətə qoşulmaq qərarı versələr, aylıq 1000 zlotı təqaüd alacaqlar.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
159 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
14.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur