06.07.25 | Bakı 24.03° C |
10:06:25
Lent :

PSJ “Bavariya”nı məğlub etdi: yarımfinala yüksəldi

06 iyl 2025 00:00
İDMAN
ads

ABŞ-ın ev sahibliyi etdiyi klublararası dünya çempionatı davam edir.

 

Qutb.az xəbər verir ki, 1/4 final mərhələsində Fransanın PSJ və Almaniyanın “Bavariya” kollektivləri üz-üzə gəlib.

 

İki cavabsız qolla qalib gələn Paris təmsilçisi yarımfinala adlayıb.

 

İlk hissənin sonlarında Almaniya klubunun futbolçusu Camal Musiala ağır zədə alıb. PSJ-nin qapıçısı Canluici Donnarumma ilə toqquşan yarımmüdafiəçinin qıçı sınıb.

 

Matçın taleyi ikinci hissədə həll olunub. Qolları 78-ci dəqiqədə Desire Due, 90+7-ci dəqiqədə isə Osman Dembele vurublar.

 

Komanda bu raundda "Real Madrid" (İspaniya) - "Borussiya Dortmund” (Almaniya) cütünün qalibini sınağa çəkəcək.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
24.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur