01.06.25 | Bakı 18.03° C |
10:06:25
Lent :

Azərbaycanda 5000-dən çox Türkiyə şirkəti fəaliyyət göstərir

30 may 2025 12:00
İQTİSADİYYAT
ads
Advertisement

Azərbaycanda 5000-dən çox Türkiyə kapitallı şirkət fəaliyyət göstərir.

Qutb.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün “Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi”nin 6-cı ümumi yığıncağında çıxışı zamanı deyib.

“Ölkələrimiz arasında ticarət dövriyyəsinin və qarşılıqlı investisiyaların həcmi hər il artır. Belə ki, enerji, nəqliyyat, tikinti, kənd təsərrüfatı, müdafiə sənayesi, texnologiya kimi geniş sahələri əhatə edən layihələr hər iki ölkənin inkişafına ortaq zəmin yaradır”, - deyə səfir qeyd edib.

Birol Akgün vurğulayıb ki, Azərbaycanda yaşayan 25 mindən çox Türkiyə vətəndaşı iki ölkə arasındakı ticarət əlaqələrinin inkişafına mühüm töhfə verir: “Türkiyədə isə 100 minə yaxın azərbaycanlı yaşayır ki, onların da iqtisadi əməkdaşlığın möhkəmləndirilməsində rolu əvəzsizdir”.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
18.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur