Şəmkir su anbarında bir nəfər batdı
"Ukrayna ilə qarşılaşmada uğurlu nəticəyə ümid edirik".
Qutb.az xəbər verir ki, bunu Azərbaycan millisinin futbolçusu Mahir Emreli deyib.
"Sabah bizi ağır oyun gözləyir. Yığmanın heyətində çox yaxşı futbolçular var. Biz də öz növbəmizdə uğurlu çıxış etmək istəyirik. Əldə edəcəyimiz uğurlu nəticə ilə Azərbaycan xalqına İslandiyaya məğlubiyyəti unutdurmaq istəyirik", - deyə M.Emreli bildirib.
Qeyd edək ki, Azərbaycan - Ukrayna qarşılaşması sentyabrın 9-da, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.