06.08.25 | Bakı 27.03° C |
10:06:25
Lent :

"Qarabağ"möhtəşəm qələbə qazandı - YENİLƏNİB

06 avq 2025 00:00
İDMAN
ads

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində səfərdə "Şkendiya" (Şimali Makedoniya) ilə qarşılaşan "Qarabağ" qələbə qazanıb.

 

Qutb.az xəbər verir ki, "Todor Proeski” stadionunda keçirilən matçda Ağdam təmsilçisi 1:0 hesabı ilə qalib gəlib.

 

Yeganə qol 18-ci dəqiqədə Toral Bayramovun ayağına. O, Leandro Andradeya qarşı kobud oyuna görə təyin olunan penaltini qola çevirib.

 

Qeyd edək ki, tərəflər arasında avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab qarşılaşması saat 20:00-da başlayacaq. İki görüşün nəticəsinə əsasən qələbə qazanan kollektiv pley-off mərhələsində“Ludoqorets” (Bolqarıstan) - “Ferentsvaroş” cütünün qalibi ilə üz-üzə gələcək.

 

***

23:05

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Şkendiya" (Şimali Makedoniya) - "Qarabağ" oyununda ikinci hissə başlayıb.

 

Qutb.az xəbər verir ki, "Todor Proeski” stadionunda keçirilən oyunda Ağdam təmsilçisi 1:0 hesabı ilə öndədir.

 

Azərbaycan klubunun heyətində 18-ci dəqiqədə Toral Bayramov penalti zərbəsini qola çevirib.

 

***

22:55

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Şimali Makedoniyada “Şkendiya” və “Qarabağ” komandaları arasında keçirilən oyunda ilk hissə başa çatıb.

 

Qutb.az xəbər verir ki, Skopyedə yerləşən “Todor Proeski” stadionunda təşkil edilən görüşün fasiləsinə Ağdam klubu 1:0 hesablı üstünlüklə yollanıb.

 

Qolu 18-ci dəqiqədə penaltidən Toral Bayramov vurub.

 

Matçı Slovakiyadan olan hakimlər briqadası idarə edir.

 

Komandalar arasında cavab oyunu avqustun 12-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

 

***

 

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Şkendiya" (Şimali Makedoniya) - "Qarabağ" matçı start götürüb.

 

Qutb.az xəbər verir ki, qarşılaşma "Todor Proeski” stadionunda keçirilir.

 

Görüşü slovakiyalı referi İvan Krujlyak idarə edir.

 

***

21:03

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda üz-üzə gələcək “Şkendiya” (Şimali Makedoniya) və "Qarabağ" komandalarının start heyətləri açıqlanıb.

 

Qutb.az-ın məlumatına görə, “Todor Proeski” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 22:00-də başlayacaq.

 

Komandalar meydana aşağıdakı heyətlə çıxacaqlar:

 

"Qarabağ": Kochalski, Silva, Zoubir, Addai, Mustafazade, Leandro Andrade, Kady, T. Bayramov, Pedro Bicalho, Medina, Akhundzade

 

"Şkendiya: Gaye, Trumçi, Ramadani, Cake, Alhassan, B. Ibraimi, Krasniqi, Webster, Fetai, Tamba, Latifi

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
153 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
27.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur