04.06.25 | Bakı 22.03° C |
10:06:25
Lent :

Minifutbolu SSRİ səviyyəsinə qaldıran məhz Azərbaycan olub!

02 iyn 2025 17:00
İDMAN
ads
Advertisement

Bakıda keçirilən minifutbol üzrə dünya çempionatının qalibi Azərbaycan olub.  Milli Gimnastika Arenasında təşkil olunan final görüşündə Azərbaycan və Macarıstan yığmaları üz-üzə gəlib. Matç komandamızın 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Azərbaycan millisi ilk dəfədir dünya çempionatının qalibi olur. Prezident İlham Əliyev bu münasibətlə milli komandanın üzvlərini qəbul edib.

Millimizin qələbəsini Qutb.az-a şərh edən Ağasəlim Mircavadov bildirib ki, minifutbolu SSRİ səviyyəsinə ilk dəfə qaldıran məhz Azərbaycan olub:

"SSRİ dövründə ilk dəfə 1968-ci ildə Azərbaycanda minifutbol üzrə Ələkbər Məmmədov adına turnir keçirildi. 5 oyunçu-bir qapıçı formasında indiki futzalın zalında oynayırdıq. Hakim bir nəfər idi. SSRİ-yə minifutbolu biz çıxardıq. Bu, məhəllə futboluna oxşayırdı. Mini futbol olmasaydı, güclü oyunçular da olmayacaqdı. İndiki halda minifutbolun daha da inkişafına kömək etmək lazımdır. Düzdür, peşəkar deyillər, amma onu peşəkar etmək olar. Daha yuxarı -UEFA, FİFA səviyyəsində bunu etmək olar".

"Məhəllə futbolunu çox yaxşı oynayırıq"

Ekspert vurğulayıb ki, Azərbaycan yığması məhəllə futbolunu çox yaxşı oynayır:

"Sonuncu oyunlarda da göstərdilər ki, doğrudan da, komandamız qələbəyə layiq idilər. Birinci oyunu çıxmaq şərtilə qalan oyunları çox əla oynadılar. Hiss olundu ki, hazırlaşıblar, oyunçular yaxşı oynayırlar. Həvəskarlar arasında olduğuna görə, yəqin, deyirlər ki, əşi həvəskardılar da, yaşlı insanlar gəlir. Amma mən bu fikirlərlə razı deyiləm. Orada oynamaq da həddindən artıq güc tələb edir. Yığmamızı,onun baş məşqçisini, oyunçularını, Federasiyanın rəhbərliyini təbrik edirəm ki, çempion oldular. Azerkeşlərə, izləyicilərə nə lazımdır, futbol olsun. Uzağa getmək lazımd deyil. Hər kəs gördü ki, zalda nə qədər adam varıydı. İnanın ki, zal 15 minlik olsaydı, yenə də, dolacaqdı. Yəni bu oyunu azerkeşlər sevirlər. Bu oyun bütün millət üçündür. Hətta bunu inkişaf etdirmək lazımdır".

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
22.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur