05.08.25 | Bakı 27.03° C |
10:06:25
Lent :

“Qarabağ”ın oyununa baxmaq istəyənlərin nəzərinə!

05 avq 2025 04:00
İDMAN
ads

UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində keçiriləcək “Qarabağ” - “Şkendiya” (Şimali Makedoniya) oyununun biletləri bu gün saat 12:00-dan etibarən satışa çıxarılacaq.

 

Qutb.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

 

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 10, 20, 30, 75 və 100 manat təşkil edir. 

 

VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 300 manatdır.

 

Satış məntəqələri:

 

iTicket.az-ın satış məntəqələri (iTicket.az-da onlayn satış);

 

Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu;

 

Tofiq Bəhramov adına Respublika stadionunun kassaları.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
153 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
27.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur