Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu illər sonra yenidən futbol matçını qəbul edəcək.
Publika.az xəbər verir ki, şəhərin eyniadlı klubu Azərbaycan Premyer Liqasının XXI turunda “Neftçi”ni məhz doğma arenasında qəbul edəcək. Bu barədə Peşəkar Futbol Liqasının açıqladığı proqramda qeyd edilib.
Fevralın 4-də baş tutacaq qarşılaşma saat 15:00-da start götürəcək.
Qeyd edək ki, 9502 nəfər tamaşaçı tutumuna malik olan və Sumqayıt futbolunun məbədi hesab edilən stadionda yenidənqurma işləri 2021-ci ildə başa çatıb.
Heybət