Qarşıda bizi seçmə mərhələ oyunları gözləyir. Təlim-məşq toplanışında istədiyim nəticələri gördüm.
Qutb.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş Macarıstan ilə keçirdikləri yoldaşlıq oyunundan sonra təşkil olunan mətbuat konfransında deyib.
O, komandada çatışmazlığın olduğunu bildirib: "Lakin bunun üzərində işləyirik. Çalışırıq ki, daha çox inkişaf edək. Əvvəlki ilə müqayisədə milli komanda yaxşı mübarizə apardı".
Qeyd edək ki, görüş rəqibin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.