Ermənistan və Türkiyə bir sıra məsələlərdə qarşılıqlı anlaşma əldə edə biliblər.
Publika.az xəbər verir ki, bunu Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyan parlamentdə 2023-cü il büdcəsinin icrasına dair dinləmələrdə deyib.
Onun sözlərinə görə, İrəvanda bu anlaşmaların həyata keçiriləcəyinə ümid edirlər.
“Türkiyə ilə münasibətlərin normallaşdırılması məsələsində biz bir sıra məsələlərdə geniş qarşılıqlı anlaşmaya malikik”, - deyə o bildirib.
Mirzoyan əlavə edib ki, Türkiyə ilə “çox sağlam dialoq” var.
Xatırladaq ki, hələ 2021-ci ilin dekabrında İrəvan və Ankara normallaşma üzrə danışıqlar üçün xüsusi nümayəndələr təyin etmişdilər. 2022-ci ilin iyulunda Vyanada müvafiq olaraq Ermənistan və Türkiyəyə səfər edən üçüncü ölkə vətəndaşlarının Ermənistan-Türkiyə quru sərhədini keçmək imkanlarının təmin edilməsi, habelə malların birbaşa hava daşımalarının həyata keçirilməsi və nəqliyyat vasitələrinin işə salınması barədə razılıq əldə olunub. Lakin məsələ hələ də həllini tapmayıb. Həmçinin 2023-cü ilin yanvarında Ankara İrəvana birbaşa hava yüklərinin daşınmasına qoyulan qadağanın aradan qaldırıldığını bildirib.
Tural