27.04.24 | Bakı 27.03° C |
16:04:12
Lent :

Verdiyimiz qərar heç bir ölkəni narahat etməsin -POLİTOLOQDAN SƏRT REAKSİYA

22:11 22.02.2024
SİYASƏT
ads

Son dövrlərdə inkişaf etməkdə olan Azərbaycan Pakistan münasibətləri daha da möhkəmləmlənir. Bəs Pakistan-Azərbaycan yaxınlaşması digər dövlətlərdə necə təəssürat oyadacaq?


Bu barədə "informator.az"-a açılmasında politoloq İlyas Hüseyinov bildirib ki, Pakistan bizə dost və tərəfdaş dövlətdir:


"Böyük Vətən müharibəsində və ondan sonrakı dövrdə biz iki dövlət arasında münasibətlərin yüksək səviyyəsini müşahidə etdik. Eyni zamanda Bakı bəyannaməsi imzalandı. Bütün bunlar onu deməyə əsas verir ki, bizim münasibətlərimiz həmdə hərbi-texniki əməkdaşlıq sahəsini əhatə edə bilər. Və bu da təhlükəsizlik nöqteyi nəzərdən mühüm əhəmiyyət kəsb edir. Lakin Azərbaycanın Pakistanın hərbi texnikasına maraq göstərməsi xüsusilə Pakistanın qırıcılarının alınması ilə bağlı böyük bir razılıq formalaşması böyük diqqət çəkir. Nəzərə almaq lazımdır ki, bu Pakistanin tarixində də ən böyük razılaşma hesab oluna bilər".


Politoloq əlavə edib ki, təhlükəsizliyimizlə bağlı verdiyimiz qərar heç kimi narahat etməməlidir:


"Bu suveren bir dövlətin verdiyi qərardır. İstər İran olsun istər digər bir dövlət Azərbaycanın Pakistandan silah-sursat almasına müdaxilə edə bilməz. Bizim əsas məqsədimiz öz təhlükəsizliyimizi təmin etmək, ərazi bütövlüyümüzü qorumaq, regiondakı status-kvonu qalıcı etməkdir. Azərbaycanın heç bir dövlətə qarşı ərazi iddiası yoxdur. Qardaş Pakistanla hərbi-texniki tərəfdaşlığımız təqdirə layiqdir".


Vüqar Alışov

 



TEGLƏR
Müəllif : Şəmsiyyə Cəfərquluzadə
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    113 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    27.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az