10.05.24 | Bakı 14.03° C |
06:05:36
Lent :

Zəlzələdən sonra bu xəstəlik sürətlə yayılır

15:00 29.02.2024
SƏHİYYƏ
ads

Böyük zəlzələlərdən sonra fəlakət bölgələrində yayılan xəstəliklər epidemiya olmasa da, bəzi insanlarda özünü büruzə verir. Bura ekzema xəstəliyi də daxildir. Son vaxtlar belə hallarına artmasına diqqət çəkən türkiyəli mütəxəssislər bununla bağlı xəbərdarlıq ediblər.

Publika.az xəbər verir ki, Türkiyənin Kahramanmaraş vilayətində baş verən güclü zəlzələ bütün ölkəyə, eləcə də bölgədə yaşayan insanlara psixoloji olaraq mənfi təsir göstərib.

Xüsusən də fay xətlərinin sıx olduğu bölgələrdə yaşayanlar, o cümlədən İstanbul sakinləri zəlzələ qorxusundan gərgin günlər keçirirlər. Buna görə də bəzi sağlamlıq problemləri yaranır.

Dermatoloq və veneroloq Gökhan Şahin son günlər artan ekzema hadisələri ilə bağlı "Haberglobal"-a danışıb. O, maye sabunun istifadəsinə diqqət çəkib:

“Zəlzələ bölgəsində soyuq hava ilə təmasın artması, xüsusilə ictimai yerlərdə ağ sabun yerinə maye sabuna üstünlük verilməsi ekzema hallarını artıracaq. Ekzemanın bir çox növü var. Atopik, yağlı (seboreik), irritan kontakt, allergik kontakt ekzema. Bu ekzemaların növlərinə görə səbəblər dəyişə bilər. Stress və narahatlıq, xüsusilə atopik ekzema və yağlı ekzemada lezyonların (dəridə qeyri-adi dəyişikliklər, şişlər, iltihab - red.) artmasına səbəb olur. Stress immun sistemimizin fərqli işləməsinə səbəb olur və bu vəziyyət ortaya çıxır. Təbii ki, havanın çirklənməsi də bədənimizdə quruluq və qıcıqlanma yaradaraq bu vəziyyəti artıra bilər”.

Aysel Şahmar


TEGLƏR
Müəllif : Qutb .Az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    116 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    14.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az