20.05.24 | Bakı 16.03° C |
01:05:00
Lent :

Bu gün Milli Qəhrəman İlqar Mirzəyevin doğum günüdür

13:53 08.05.2024
TARİXDƏ BU GÜN
ads


Bu gün Azərbaycanın Milli qəhrəmanı, polkovnik İlqar Mirzəyevin doğum günüdür. 


O, 1973-cü il mayın 8-də Qardabani şəhərində anadan olmuşdur.İlqar Mirzəyev 1980–1990-cı illərdə Qardabani şəhərində tam orta məktəbdə təhsil almış,1991-ci il avqustun 1-də Bakı Ali Birləşmiş Komandalıq Məktəbinə  qəbul olmuş və 1995-ci ildə oranı "Artilleriya" ixtisası üzrə bitirmişdir.2003-cü il avqustun 10-da İlqar Mirzəyev ixtisasın artırılması üçün Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasının müdavimi olmuşdur. 2005-ci il iyulun 2-də təhsilini uğurla başa vurmuşdur.Təhsilini başa vurduqdan sonra mayor İlqar Mirzəyev hərbiçi kimi işini davam etdirmişdi. 


Tarixə Aprel döyüşləri olaraq yazılan hərbi əməliyyatlar zamanı "N" saylı hərbi hissənin Komandiri olan İlqar Mirzəyev cəbhənin Tərtər rayonu istiqamətində gedən döyüşlərdə savaşmışdır. Gecə döyüşləri zamanı Tərtər rayonunun Talış istiqamətində olan əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Talış zirvəsi Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunmuşdur.İlqar Mirzəyev 2019-cu il fevralın 23-də 3-cü Ordu Korpusunun Artilleriya rəisi və artilleriya şöbəsinin rəisi vəzifəsinə təyin olunmuşdur .


 2020-ci il iyunun 14 də səhər saatlarında Tovuz rayonu istiqamətində baş verən döyüşlər zamanı Polkovnik İlqar Mirzəyevlə yanaşı Azərbaycan Silahlı Qüvvələrinin 5-i zabit olmaqla 7 hərbi qulluqçusu şəhid oldu.İyulun 14-də günorta saatlarında İlqar Mirzəyevin nəşi yaşadığı Xətai rayonunun Əhmədli qəsəbəsinə gətirilmişdir. Axşamüstü İlqar Mirzəyevin nəşi minlərlə insanın izdihamı ilə evinə gətirilmiş, İyulun 15-də isə II  Fəxri xiyabanda dəfn olub.

TEGLƏR
Müəllif : Şəmsiyyə Cəfərquluzadə
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    117 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    16.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az