20.05.24 | Bakı 22.03° C |
15:05:24
Lent :

Aspirin: Problemləri həll edir yoxsa yaradır?

18:22 09.05.2024
BİLMƏKDƏ FAYDA VAR
ads

Sızanaq problemlərindən xilas olmaq və dərini yaxşılaşdırmaq üçün bir çox müxtəlif məsləhətlər var. Bəzi insanlar üzünə aspirin pastası çəkməyin sızanaqları yox etdiyini düşünür. Onlar bununla sızanaqlarını qurutmağa çalışır və bu, düşündüyümüzdən daha təhlükəli nəticəyə səbəb ola bilər. 


Dəriyə qulluq üzrə mütəxəssisin fikrincə, üzə aspirin tətbiqi sızanaqlarla mübarizədə təsirli bir həll kimi görünür. Aspirinin tərkibində müxtəlif sızanaq dərmanlarında tez-tez istifadə edilən bir maddə olan "saf salisilik turşu" olduğunu iddia edən mütəxəssis, bu üsulu sınamazdan əvvəl allergiyanı yoxlamaq üçün dəri üzərində yamaq testinin edilməsi lazım olduğunu da bildirir. 


Salisilik turşu antiinflamatuar və antibakterial xüsusiyyətlərə malikdir. Bu şəkildə dəridəki iltihabı aradan qaldırır və sızanaqların sağalmasına kömək edir. Bəzi insanlar aspirinin tərkibindəki bu maddənin sızanaqların qurudulmasında təsirli rol oynayacağını bildirirlər. Lakin bu, tamamilə doğru olmaya bilər.


Dəriyə qulluq üzrə mütəxəssis söyüd ağacının qabığından əldə edilən aspirinin tərkibində salisilik turşunun da olduğunu iddia etsə də, bu, tamamilə doğru olmaya bilər. Aspirin tərkibində asetilsalisil turşusu adlanan oxşar, lakin eyni olmayan maddə var.


Asetilsalisil turşusu müxtəlif hissələrin sərbəst buraxılması üçün parçalanması lazım olan daha böyük bir molekuldur. Salsilik turşu da bu hissələrdən biri kimi tanınır. Belə ki, aspirin və suyu qarışdıraraq məcun hazırladığınız zaman qarışıqda əlavə turşu əmələ gətirirsiniz. Bu birləşmə qıcıqlanma riski daşıyır.


Bəzi insanlar dəriyə qulluq üçün bir neçə tableti əzib ilıq su ilə qarışdıraraq istifadə edirlər. Ancaq faydalı olduğu düşünülən bu tətbiq sızanaqları yox etmək əvəzinə fərqli simptomları ortaya çıxara bilər. Sızanaqlardan qurtulmaq əvəzinə onu daha da pisləşdirə bilərsiniz.


Həkimlərin fikrincə, yerli aspirinin sızanaqlara kömək etdiyini göstərən heç bir sübut yoxdur. Ona görə də dəriyə dərman tətbiq edərkən daha diqqətli olmaq daha yaxşıdır. 2015-ci ildə edilən bir araşdırma, aspirin pastasının viral səpgiləri müalicə etmək üçün istifadə edilə biləcəyini göstərdi.


Ancaq bu araşdırmada sızanaqların yaxşılaşması kimi bir nəticə yoxdur. Aspirin, günəş yanığı kimi dəri şişkinliyini azaltmaq üçün ağızdan istehlak edilə bilər. Ancaq dəridəki sızanaq problemini aradan qaldırdığına dair heç bir dəlil yoxdur.


Aynur Babayeva

TEGLƏR
Müəllif : Qutb .az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    117 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    22.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az