Mütəxəssislər amiotrofik yanal sklerozun müalicəsi zamanı dərmanın təsdiqi üçün müraciət etməyi və sınaqların son mərhələsinə başlamağı planlaşdırırlar.
Publika.az xəbər verir ki, Kyoto Universitetindən bir qrup elm adamı, amiotrofik yanal skleroz (ALS) olan xəstələrdə xroniki miyelogen leykemiya üçün dərmanın ikinci fazalı klinik sınaqlarında xəstəliyin gedişatını boğmağı bacardıqlarını açıqlayıb.
Bildirilib ki, “iPS skrininq” adlanan üsulla sınaqların ilk mərhələsi 2019-cu ildə başlayıb. Daha sonra elm adamları xəstələrin dərisindən induksiya edilmiş kök hüceyrələri (iPS hüceyrələri) yetişdiriblər, nəticədə bu hüceyrələr ALS patologiyasını çoxaltmaq üçün motor neyronlarına çevrilib.
Elm adamları motor neyronlarında mindən çox dərmanı sınaqdan keçiriblər. Nəticədə, xroniki miyeloid lösemi üçün istifadə olunan "Bosutinib" dərmanı seçilib.
Klinik sınaqların birinci mərhələsinin nəticələrinə əsasən, elm adamları doqquz xəstədən beşində xəstəliyin inkişafının qarşısının alındığını təsdiqləyiblər.
Sınaqların ikinci mərhələsi 26 xəstənin daxil olduğu 2022-ci ilin yazında başlayıb. Onlar "Bosutinib" dərmanını 24 həftə qəbul ediblər.
26 xəstədən ən azı 13-ü xəstəliyin gedişatının azaldığını deyib.
Alimlər hazırda ALS-nin müalicəsi zamanı dərmanın təsdiqi üçün müraciət etməyi və son mərhələdə sınaqlara başlamağı planlaşdırırlar.
Cəmilə