10.05.24 | Bakı 13.03° C |
04:05:40
Lent :

ÜST-dən yeni pandemiya XƏBƏRDARLIĞI: hər şey baş verə bilər

14:00 20.02.2024
SƏHİYYƏ
ads

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus COVID-19 pandemiyası zamanı yaşanan bir çox problemlərin hələ də davam etdiyini bildirib. Onun sözlərinə görə, dünya yeni bir epidemiyaya hazır deyil.

Publika.az xəbər verir ki, Qebreyesus CNN-də iştirak etdiyi proqramda epidemiya dövrü və onun nəticələri ilə bağlı açıqlamalar verib.

O, COVID-19 epidemiyasında "vaxtında və şəffaf" məlumat mübadiləsi və qlobal koordinasiyada olan problemlərin hələ də davam etdiyini bildirib.

Qebreyesus bütün ölkələri vaksinlər və dərmanlar kimi epidemiya ilə mübarizə üçün istifadə edilən vasitələrin və vacib məlumatların paylaşılmasını asanlaşdırmaq üçün "pandemiya sazişi" imzalamağa çağırıb: "Gördüyümüz kimi, sistemimizdə boşluqlar var. Əgər bir şey olarsa, hazır olmadığımız üçün hər şey baş verə bilər. Amma biz buna dərhal müdaxilə edə, zərəri minimuma endirə bilərik".

Roza Şəfiyeva


TEGLƏR
Müəllif : Qutb .Az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    116 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    13.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az