28.12.24 | Bakı 9.03° C |
10:06:25
Lent :

Səhiyyə Nazirliyi əhaliyə müraciət etdi

11 yan 2024 06:00
SƏHİYYƏ
ads

Səhiyyə Nazirliyi qrip əleyhinə vaksinasiya ilə bağlı əhaliyə müraciət edib.

Nazirlikdən Publika.az-a verilən məlumata görə, qış mövsümü və havaların kəskin soyuması ilə əlaqədar ölkə ərazisində kəskin respirator virus infeksiyalarının yayılması gözləniləndir.

Bununla əlaqədar, əhali arasında qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik və əksepidemik tədbirlərin gücləndirilməsi məqsədilə ölkəmizdə mövsümi qripə qarşı vaksinasiya kampaniyası davam edir.

Respirator xəstəliklərə görə yüksək risk qrupuna aid olan səhiyyə işçilərinin, hamilə qadınların, xroniki tənəffüs sistemi xəstəlikləri olan 6 aylıqdan yuxarı uşaq və böyüklərin qış mövsümündə qripə qarşı peyvənd olunması xüsusilə vacibdir.

Əhalinin sağlamlığının qorunması və kəskin respirator virus infeksiyalarına yoluxma hallarının qarşısının alınması məqsədilə Səhiyyə Nazirliyi risk qrupuna aid ölkə vətəndaşlarını mövsümi qripə qarşı peyvənd olunmağa çağırır.

Qripə qarşı peyvənd olunmaq istəyən şəxslər yaşayış yeri üzrə uşaq və böyük əhalisinə ambulator-poliklinik xidmət göstərən tibb müəssisələrinə müraciət edə bilərlər.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur