02.05.24 | Bakı 17.03° C |
11:05:42
Lent :

Öncə korluq başlayır, sonra bütün orqanlar SIRADAN ÇIXIR

20:00 14.03.2024
SƏHİYYƏ
ads

ABŞ-da həkimlər 8 yaşlı Qreyson Neffə uşaqlıq demensiyası adlı nadir xəstəlik - Batten xəstəliyi diaqnozu qoyublar.

Publika.az xəbər evrir ki, oğlanın hekayəsini "The Sun" dərc edib.

2022-ci ilin avqustunda ana uşağın görməsində problem olduğunu aşkarlayıb. O, televizora baxanda ekrana yaxın dayanıb.

Oftalmoloq tor qişada dəyişikliklər aşkar edib və sonrakı diaqnostika göstərib ki, korluq başlanğıcı xəstəliyin əlamətlərindən biridir. Bu səbəbdən uşağın beş-on il ömrü qalıb.

Həkimlərin fikrincə, bu xəstəliyə düçar olan uşaqlar maksimum 20 yaşa qədər yaşaya bilirlər.

İndi oğlan zəif görməyə başlayıb və ağ çubuqla yeriməyi öyrənir.

Ananın dediyinə görə, xəstəlik tezliklə bədənin digər funksiyalarını "söndürəcək".

Hələ Batten xəstəliyinin müalicəsi yoxdur və Qreyson hazırda ailəyə ayda doqquz min dollara başa gələn xəstəliyin simptomlarını aradan qaldırmaq üçün ABŞ Səhiyyə Departamenti tərəfindən təsdiqlənməmiş eksperimental dərman qəbul edir.

Hüseyn İbadlı


TEGLƏR
Müəllif : Qutb .Az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    114 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    17.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az