17.05.24 | Bakı 13.03° C |
08:05:51
Lent :

Paşinyan ermənilərə zəmanət verdi: Azərbaycan və Türkiyə bizi məhv etmək istəyirsə...

11:00 02.05.2024
GÜNDƏM
ads

Əgər Azərbaycan və Türkiyə bizi məhv etmək istəyirsə, o zaman biz bu istəyi cilovlamağı bacarmalıyıq.

Publika.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan mayın 1-də İctimai Televiziyaya müsahibəsində deyib.

“Biz başa düşməliyik ki, bu istəyi dəyişdirə bilərik, ya yox. Yoxsa biz də əsgəri qoyub Baden-Badendə məzuniyyətə və ya oxumağa getməliyik? Bizi məhv etmək istəyini necə idarə edə bilərik? Qanuni əsaslarla Biz beynəlxalq münasibətlərimizi legitimlik əsasında qurmalıyıq. Qanunilik ən yaxşı zamindir.

Zəmanət verirəm ki, legitimlik pis qarantdan daha yaxşı təminatdır. Qonşularla münasibətlərin nizamlanmasının legitimliyi düsturu hətta yaxşı zamindən də qat-qat yaxşı qarantdır. Əgər qanuniliyinizi başqasının yaxşı zəmanətləri ilə dəyişmək istəyirsinizsə, o zaman suverenliyinizdən və müstəqilliyinizdən imtina edirsiniz. Seçim buradadır. Biz seçirik: həssas beynəlxalq hüquq, yoxsa toxunulmaz beynəlxalq hüquq? Biz bu düsturdan çıxmaq istəyirik, burada seçim forpost olub-olmamaq deyil”, - Paşinyan əlavə edib.

Tural


TEGLƏR
Müəllif : Qutb .Az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    116 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    13.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az