17.05.24 | Bakı 14.03° C |
09:05:57
Lent :

VI Mədəniyyətlərarası Dialoq Forumunun ikinci günüdür

11:00 02.05.2024
GÜNDƏM
ads

Bu gün VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ikinci günü keçirilir.

Publika.az xəbər verir ki, forumun "Sosial media: mədəniyyətlər və insanlar arasında körpü və ya sədd?” adlı 5-ci panel sessiyasında çıxış edən İslam Əməkdaşlıq Təşkilatının Mədəniyyət Departamentinin rəhbəri Luçin Razoui sosial medianın insanların və cəmiyyətlərin həyatına mənfi və müsbət tərəflərindən danışıb.

"İstifadəçilər sosial mediada öz maraqları çərçivəsində müxtəlif qruplara qoşula bilərlər. Bunun yaxşı və pis tərəfi var. Sosial media kommunikasiyaların gücləndirilməsi, əlaqələrin genişləndirilməsi baxımından çox əlverişlidir. Amma bəzən isə sosial media sədd formalaşdıra bilir, bu da qütbləşməyə gətirib çıxarır. Eyni zamanda yalnış məlumatların yayılmasına, reallıqların yalnış çatdırılmasına səbəb olur. Düşünürəm ki, mexanizm yaradılmalıdır. Bu qarşılıqlı hörmətin təbliğinə, qütbləşməyə yol açmayan mexanizm olmalıdır".

Amerika Dövlətləri Təşkilatının Komissarı Fernando Lottenberq isə qeyd edib ki, bir çox qruplar sosial media vasitəsilə nifrət nitqlərinin yayılmasına səy göstərirlər.

"Elə bir mühit olmalıdır ki, insanlar keyfiyyətli məlumatları ayıra bilsinlər. Amma təəssüflə bildirməliyəm ki, indiki halda nifrət nitqləri daha çoxdur və bu, qruplar tərəfindən idarə olunur. Burada həqiqət yalnış təqdim olunur. Və başa düşməliyik ki, ifadə azadlığı anlayışının özü belə nifrət nitqinin yayılmasına şərait yarada bilər".

Strateji Araşdırmalar İnstitutunun direktoru, səfir Sahil Məhəmməd qeyd edib ki, nifrət nitqləri sosial mediaya yayılmağa başladığı andan nəzarətə götürülməli və kimi həmin dəqiqə də zərərsizləşdirilməlidir.

Bu gün başa çatacaq forumda müzakirə olunacaq mövzular təhsil, gənclər, xüsusilə də iqlim dəyişikliyi fonunda mədəni irsin mühafizəsi məsələsinin aktuallığı, ksenofobiya, qanunsuz miqrasiya və digər sahələri əhatə edəcək.


TEGLƏR
Müəllif : Qutb .Az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    116 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    14.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az