29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Göz transplantasiyasında böyük ümid verən əməliyyat

11 sen 2024 12:00
SƏHİYYƏ
ads
Advertisement

Keçən il dünyada ilk dəfə tam göz və sol üz transplantasiyası əməliyyatı edilən şəxsin sağalma prosesində ciddi irəliləyişlərin olduğu açıqlanıb.

QÜTB.AZ xəbər verir ki, 46 yaşlı Aaron Ceyms 2021-ci ildə yüksək gərginlikli xəttə texniki xidmət göstərərkən qəza keçirib və üzünün çox hissəsini itirib. O, çox az adamda edilən qismən üz transplantasiyası əməliyyatı keçirib.

Nyu York Universitetinin “Langone” Sağlamlıq Tibb Mərkəzinin tədqiqatçıları transplantasiya edilmiş gözün normal təzyiq və qan axını saxladığını bildiriblər.

Mütəxəssislər tor qişanın işığa reaksiyasını ölçən elektroretinoqrafiya testini Ceymsə tətbiq ediblər. Bu test donor gözündə işığa həssas sinir hüceyrələrinin transplantasiyadan sağ çıxdığını göstərib.

Araşdırmada iştirak edən komanda deyir ki, bu nəticələr gələcəkdə göz transplantasiyası ilə görmə qabiliyyətinin bərpasına ümid verir.

Roza Şəfiyeva

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur