Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi Berlin “Dinamo”su növbəti yoxlama oyununa çıxıb.
Publika.az xəbər verir ki, Almaniya təmsilçisi İtaliyanın “Sampdoriya” komandası ilə üz-üzə gəlib.
Oyun “Dinamo”nun 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. İtaliya yığmasının sabiq yarımmüdafiəçisi Andrea Pirlonun çalışdırdığı “Sampdoriya”nın qapısına matçın 13-cü dəqiqəsində Rüfət yol tapıb. O, 61-ci dəqiqədə əvəzlənib.