25.02.25 | Bakı -2.97° C |
10:06:25
Lent :

Qar yağdı, qiymətlər artdı - Bazarlarda VƏZİYYƏT

25 fev 2025 16:00
İQTİSADİYYAT
ads
Advertisement

Son günlər ölkə ərazisində müşahidə olunan şaxtalı və qarlı hava şəraiti bazarlarda bəzi məhsulların qiymətinə təsirsiz ötüşməyib.

Qutb.az xəbər verir ki, xüsusilə meyvə-tərəvəz və süd məhsullarında qiymət artımı müşahidə edilir.

Satıcıların sözlərinə görə, şaxtalı hava səbəbindən məhsulların daşınması çətinləşib, bəzi kənd yollarında hərəkət məhdudlaşdığından təchizat gecikir.

Bakı bazarlarında satıcılar bildirirlər ki, məhsulların bir hissəsi şəhərətrafı ərazilərdən, digərləri isə bölgələrdən gətirilir. Ancaq son günlər yolların buz bağlaması və nəqliyyatın hərəkətinin məhdudlaşması səbəbindən təchizatda problemlər yaranıb. Bu da qiymət artımına gətirib çıxarıb.

Xüsusilə kartof, soğan, pomidor və göyərti kimi məhsulların qiymətində bahalaşma hiss olunur. 

Məsələ ilə bağlı saytımıza açıqlamasında iqtisadçı ekspert Emin Qəribli də bildirib ki, qarlı havanın davam etməsi bəzi meyvələrin bazarlara gətirilməsində problemlər yaradıb.

"Bu da müvəqqəti qiymətlərin artmasına gətirib çıxarır. Lakin, burada bəzi işbazların da vəziyyətdən sui-istifadə etməsinə səbəb ola bilər. Alıcılar bilməlidir ki, qiymət artımı müvəqqətidir", - o deyib.

Alıcılar bahalaşmadan narazılıq edirlər. Onların sözlərinə görə, hava şəraitinin müvəqqəti olduğunu nəzərə alsaq, qiymətlərin süni şəkildə artırılmasının qarşısı alınmalıdır. 

Zərif Sofiyeva

Teglər
Müəllif : Sadıq Abdullayev
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
146 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
-2.97° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur