27.04.24 | Bakı 15.03° C |
02:04:36
Lent :

"Nizami" metrostansiyasının işıqlandırma sistemi yenidən qurulacaq

11:43 13.09.2022
İQTİSADİYYAT
ads

"Bakı Metropoliteni" QSC-nin "Nizami" stansiyasında texniki tələblərə cavab verməyən, stansiyanın estetik görkəminə uyğun gəlməyən işıqlandırma sistemi yenidən qurulacaq.

Bunu Qutb.az açıqlamasında səhmdar cəmiyyətinin sədr müavini Hidayət Məmmədov bildirib.

"Bu məqsədlə hazırlıq işləri görülüb. Yenidənqurma sərnişin hərəkətinə maneə yaratmamaq üçün, əsasən, gecə saatlarında həyata keçiriləcək. Gündüz stansiya yolunun işıqlandırılmasının hərəkətin təşkilinə uyğun olması üçün ehtiyat şəbəkə qurulub. İşlər çərçivəsində stansiya yolunda kosmetik işlər də aparılacaq. Buna qədər stansiyanın orta zalında əsaslı təmir işləri aparılıb. Nizami Gəncvinin ölməz sənət əsərlərondən ibarət pannolar orijinal görkəminə qaytarılıb. Həmin zaman standiyanın orta zalının işıqlandırmama sistemi də yenidən qurulub" - deyə o qeyd edib.



TEGLƏR
Müəllif : Qutb .az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    113 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    15.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az