“Real”ın keçmiş baş məşqçisi Zinəddin Zidanın oğlu, “Eybar”ın qapıçısı Luka Zidan atasının yaxın gələcəkdə potensial olaraq hansı kluba rəhbərlik edə biləcəyi ilə bağlı danışıb.
Publika.az xəbər verir ki, Luka atası ilə bağlı sula diplomatik cavab verib.
“Atam haqqında “Marsel”də işləmək kontekstində danışmaq tabu deyil. Hara işləmək və hansı komandanı çalışdırmaq istədiyinə yalnız o qərar verəcək. Nə olursa olsun, onun verdiyi qərardan məmnun qalacağıq. Amma onu PSJ-də görmək bir az daha çətindir (gülümsəyir) ”, – deyə RMC Sport Luka Zidandan sitat gətirib.
Xatırladaq ki, Zinəddin Zidan Marseldə anadan olub. 2020-ci ildə mətbuatda “Marsel” rəhbərliyinin fransız futbolçunu komandanın baş məşqçisi kimi görmək istəməsi ilə bağlı şayiələr yayılıb. Zidanın son iş yeri “Real” olub.