29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Yamalı təhqir edən “Real” azarkeşlərinin cəzası açıqlandı

03 dek 2024 10:00
İDMAN
ads
Advertisement

"Real" azarkeşləri "Barselona"nın hücumçusu Lamin Yamalı təhqir etdiyinə görə sanksiya ilə üzləşiblər.

QÜTB.AZ xəbər verir ki, bu barədə “Diario Sport” məlumat yayıb.

İdmanda zorakılıq, irqçilik, ksenofobiya və dözümsüzlüklə mübarizə üzrə hökumət komissiyası 2 azarkeşin 5000 avro cərimələnməsini və 1 il müddətinə stadionlara buraxılmamasına qərar verib.

Rəqib oyunçulara qarşı irqçi təhqirlər səsləndirən daha 2 azarkeş 4000 avro cərimələnib. Onları da 1 illik qadağa gözləyir.

Stadiondan kənarda polisin işinə müdaxilə edən və rəqib oyunçuları təhqir edən daha bir neçə fanat da 3000 avro cərimə oluna bilər. Onlara digərlərindən fərqli olaraq, 6 ay müddətinə stadionlara giriş qadağan oluna bilər.

Qeyd edək ki, noyabrın sonunda Madrid klubunun azarkeşi həbs edilib. Onlardan biri azyaşlı olub.

Xatırladaq ki, "Barselona" La Liqanın 11-ci turunda "Santyaqo Bernabeu"da "Real"ı darmadağın edib - 4:0. Buraxılan üçüncü qoldan sonra bəzi tamaşaçılar 17 yaşlı Yamalı təhqir etməyə başlayıblar.

Qutb

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur