04.01.25 | Bakı 9.03° C |
10:06:25
Lent :

Keçmiş futbolçu faciəvi şəkildə öldü

30 yan 2024 00:00
İDMAN
ads

Panama milli komandasının tarixinin bombardiri Luis Texada 41 yaşında dünyasını dəyişib.

Publika.az xəbər verir ki, keçmiş futbolçu veteranların oyunu zamanı infarkt keçirib.

2023-cü il yanvarın əvvəlində Texada peşəkar karyerasını bitirmək qərarına gəlib. Onun son klubu “Potros del Este” olub. O, əvvəllər “Toluka”, “Əl-Əyn”, “Amerika Kali”, “Universitario”, “Tauro”, “Sport Boys” və “Pirata” kimi komandalarda da oynayıb.

O, Panama millisinin heyətində 108 oyun keçirib və 43 qol vuraraq millinin tarixinin bombardiri olub.

Karyerasını başa vuran panamalı futboldan əl çəkməyib. O, daimi olaraq veteranların oyunlarında iştirak edib. Sonuncu matç onun üçün faciəli başa çatıb. Yerli KİV-in məlumatına görə, o, San Miqelitoda keçirilən matçda keçirdiyi infarkt nəticəsində huşunu itirib. Həkimlərin müdaxiləsinə baxmayaraq Texadanı xilas etmək mümkün olmayıb.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur